star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Tək şəhid məzarı

Tək şəhid məzarıTəəssüflər olsun ki, aidiyyəti qurumların səhlənkarlığı ucbatından şəhidimiz Qasımov Faiq Məmmədyar oğlunun məzarı doğulduğu Havalı kəndində bu haldadır.

Qeyd edək ki, Qasımov Faiq Məmmədyar oğlu 1971-ci ildə Zəngilan rayonunun Havalı kəndində anadan olub. Orta məktəbi Havalı kəndində bitirib. 1989-1991-ci illərdə Sovet Ordusunda xidmətini başa vurub və 1992-ci ilin payızına qədər doğma kəndlərində çalışıb.

Faiq Qasımov Milli Orduya 1992-ci ilin oktyabr ayında çağrılıb. O, orduya gəldiyi gündən müsbət keyfiyyətləri və bacarığı ilə fərqləndiyinə görə taqım komandirinin müavini vəzifəsinə təyin edilib. Faiq oktyabr-noyabr aylarında Sobu kəndinin müdafiəsində rəşadətlə dayanıb. Faiq Qasımov noyabr ayında rayon üçün əlverişli strateji nöqtə olan Sobu qalası yüksəkliyinə qalxıb. İki ay bölməsi ilə bütün çətinliklərə igidliklə dözüb.

Fenomenal fiziki qüvvəyə malik Qasımov öz əlləri ilə bir neçə mühəndisi qurğular tikərək müdafiə xəttini möhkəmləndirib. Cəsur post komandiri az müddətdə yüksək döyüş təcrübəsi qazanıb. O, bölüyün döyüşçüləri arasında böyük nüfuza malik idi. Qəhrəman komandir dəfələrlə kəşfiyyata gedib düşmən mövqelərini öyrənərək komandirlərə dəqiq məlumat gətirib.

Faiq 1993-cü il yanvarın 8-də kəşfiyyata gedərkən piyada əleyhinə minalanmış sahədə minaya düşüb və şəhid olub.

Allah rəhmət eləsin!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər