Paytaxta yenidən yağan qarın təmizlənməsi işləri davam edir

Artıq bir neçə gündür ki, paytaxta yağan qarın yenidən intensivləşməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

Gecə saatlarından etibarən şəhər və rayon kommunal xidmətlərinin xüsusi texnikaları əsas avtomobil yollarına və magistrallara, maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpib və bu işlər gün ərzində davam edəcəkdir.

Eyni zamanda səhər sattlarından kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirilir. Qarın ən çox düşdüyü ərazilər xüsusi diqqətdə saxlanılır.
Qeyd edək ki, bu işlərin daha rahat və operativ həyata keçirilməsi üçün paytaxtın müxtəlif ərazilərində texniki duz toplanan məntəqələr yaradılıb. Ümumilikdə bu işlərə 100-dən çox xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər