Gənc şair Həsən Kür intihara cəhd etdi
Dərc olunub:
22-02-2025, 21:49
Gənc şair Həsən Kür intihara cəhd edib.
Şahidlərin Lent.az-a verdiyi xəbərə görə, hadisə bu gün Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində qeydə alınıb.
O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.
Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.
İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
