Azərbaycan Ordusunun polkovniki qəfil öldü

Azərbaycan Ordusunun polkovniki qəfil öldüAzərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib.

Avrasiya.net "Teleqraf"a istinadən xəbər verir ki, 48 yaşlı zabit axşam yatıb və yuxudan ayılmayıb.

Qeyd edək ki, Azad Mahal oğlu Bağırov 1976-cı il avqustun 16-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.

1998-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. Uzun illər ön xətdə kəşfiyyat bölmələrində xidmət edib. İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 30 dekabr tarixli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. O, bu mükafata Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə layiq görülüb.

A.Bağırov Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən ehtiyata buraxılmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər