FETÖ-nün dönər şəbəkəsi ifşa oldu - Bakıda da filialları var + Foto

FETÖ-nün dönər şəbəkəsi ifşa oldu - Bakıda da filialları var + FotoTürkiyədə “Maydanoz Döner” restoranlar şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, 31 vilayətdə eyni vaxtda təşkil olunan əməliyyat nəticəsində 10-u dövlət qulluqçusu olmaqla 353 nəfər saxlanılıb.

Araşdırmalar zamanı “Maydanoz Döner” şəbəkəsinin filialları vasitəsilə ölkədaxili və beynəlxalq pul köçürmələrini həyata keçirərək FETÖ terror təşkilatına xidmət göstərdiyi müəyyən edilib.

Məsələ ilə bağlı açıqlama verən Türkiyə daxili işlər naziri Ali Yerlikaya əməliyyatda saxlanılan şübhəlilərin bu restoranlar şəbəkəsi vasitəsilə terror təşkilatına pul köçürdüklərinin aşkarlandığını açıqlayıb.

O sosial şəbəkə hesabında əməliyyatın görüntülərini də paylaşıb.

Belə ki, “Maydanoz Döner” terror təşkilatı ilə əlaqəsi davam edən şəxslərə müəyyən məbləğ qarşılığında qeyri-rəsmi şəriklik təklif edib.

Məlum olub ki, şəbəkəyə daxil olmaq üçün “təşkilat referansı” tələb olunub. Qeyri-rəsmi sənədləşmə aparılmadan, tamamilə təşkilata etimada əsaslanan model tətbiq edilib.

“Şirkətin xaricdə yeni filiallar açaraq genişləndiyi və bununla da beynəlxalq pul köçürmələrə şərait yaratdığı müəyyən edilib və prokurorlar tərəfindən onlar barəsində araşdırma başlayıb”, - deyə A. Yerlikaya bildirib.

MASAK-ın apardığı araşdırmalara görə, restoranlar şəbəkəsi həm Türkiyədə, həm də xaricdə FETÖ ilə əlaqəsi bilinməyən şəxslər vasitəsilə maliyyələşdirilib. Bu pullar isə “məhsul alınması” adı altında rəsmiləşdirilərək təşkilat üzvlərinə çatdırılıb.

Musavat.com bu şəbəkəyə aid dönərçilərdən birinin Bakının Həsən Əliyev küçəsi 335, digərinin isə Zahid Xəlilov 23 (Elmlər Akademiyası) ünvanında olduğunu təsbit edib.

Bakıda Həsən Əliyev küçəsində yerləşən “Maydanoz Döner” restoranının fotosu

Zahid Xəlilov 23 ünvanında yerləşən “Maydanoz Döner” restoranının fotosu

Hazırda Bakıda fəaliyyət göstərən “Maydanoz Döner” restoranlarının bu əməliyyata daxil olub-olunmayacağı bilinmir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər