Şəhid atası İH-də özünü niyə bıçaqlayıb? - Təfərrüat şok etdi

Şəhid atası İH-də özünü niyə bıçaqlayıb? - Təfərrüat şok etdiŞəhid atası Fuad Abbasovun Sabirabad Rayon İcra Hakimiyyətinin binasında özünə xəsarət yetirməsinin detalları bəlli olub.

Axar.az-a daxil olan məlumata görə, Fuad Abbasov fevralın 19-da İH-yə müraciət edərək, hamilə qızının Bakı şəhərindəki “Bona Dea” hospitalında müayinəsi üçün pul tələb edib. Bu zaman o, tələbini həmin klinikanın həkimi Bəhruz Əliyevin tövsiyəsi ilə əsaslandırmağa çalışıb. Amma həm həkim Bəhruz Əliyevlə, həm də F.Abbasovun qızı ilə əlaqə saxlanıldıqda, onların ikisi də müayinədən xəbərsiz olduqlarını bildiriblər.

F.Abbasov bir gün sonra – fevralın 20-də icra başçısının rəsmi qəbuluna gəlib, bu zaman narkotik vasitənin təsiri altında RİH-in binasına daxil olaraq, icra başçısının ünvanına təhqiramiz ifadələr işlədib, şantaj və hədə-qorxu gəlməyə başlayıb, sonra isə cibindəki bıçaqla öz qarın nahiyəsinə yüngül xəsarət yetirib. İcra başçısının köməkçisi Mirzağa Hümbətov bıçağı onun əlindən almağa cəhd etdikdə, F.Abbasov onun baş nayihəsinə də yüngül xəsarət yetirib.

F.Abbasov tibbi xidmət göstərilməsi üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada müayinə zamanı xəsarətin yüngül olduğu müəyyən edilib.

F.Abbasovun hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq akt tərtib edilib və baxılması üçün rayon Polis Şöbəsinə göndərilib.

Məlum olub ki, F.Abbasov narkotik aludəçisidir və əvvəllər də mühakimə olunub. Belə ki, o, 1992-ci ildə oğurluq etdiyinə görə məhkum edilib, 2023-cü ildə isə CM-nin 128-ci maddəsi (adam döymə) ilə barəsində cinayət işi açılıb və narkotik vasitələrin istifadəçisi kimi CM-nin 206-cı maddəsi ilə cərimə olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər