Fuad Muradov Düsseldorfda Azərbaycan icması ilə görüşdü - FOTOLAR

Fuad Muradov Düsseldorfda Azərbaycan icması ilə görüşdü - FOTOLARDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyanın Düsseldorf və ətraf şəhərlərindəki Azərbaycan icması ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev görüş iştirakçılarını təşkilatın işi barədə məlumatlandırıb, Alyansın səmərəli fəaliyyətində bu ölkədə yaşayan soydaşlarımızın müstəsna xidmətləri olduğunu bildirib.

Komitə sədri soydaşlarımıza diaspor işinə verdikləri töhfələrə görə təşəkkür edib. O, komitənin və diasporun həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, soydaşlarımız arasında uğurla gedən icmalaşma prosesi və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə danışıb.

Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək yeni səviyyəyə yüksəldildiyi, məzmunca dərinləşdiyi, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğu nəzərə çatdırılıb.

Mədəniyyətimizin dünyada tanıdılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərinin danılmaz olduğu və xaricdəki soydaşlarımızın bu xidmətləri yüksək qiymətləndirdiyi vurğulanıb.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü̈, “Muğam” Alman-Azərbaycan Musiqi Birliyinin rəhbəri, pianoçu Səbinə Məmmədova çıxışında dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi istiqamətində aparılan işlərdən danışıb, diaspora göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə edib.
Daha sonra ölkəmizin Qarabağda qazandığı qələbədən bəhs edən videoçarxlar nümayiş̧ olunub və alqışlarla qarşılanıb.

Görüşdə soydaşlarımızın sualları cavablandırılıb, icma fəaliyyətinin inkişafına müasir konseptual yanaşma ilə bağlı təkliflər səsləndirilib, perspektivlər geniş müzakirə olunub.
Tədbir bədii hissə ilə davam edib. Skripkaçılar Fərhad Qarayusifli, Anne-Heloise Gevers, Almaniyada yaşayan bəstəkar, müğənni və multiinstrumentalist Seyran İsmayılxanov, İtaliyada yaşayan opera ifaçısı, mezzo-soprano Çinarə Şirinova, pianoçu Səbinə Məmmədova, Muğam Televiziya Müsabiqəsinin laureatı Vüsalə Cabirin ifaları və digər zövq oxşayan musiqilər alqışlarla qarşılanıb.

Qeyd edək ki, icma görüşünə Almaniyanın 25-dən çox şəhərindən 200-dən artıq soydaşımız qatılıb.

Son illər Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla sistemli şəkildə görüşlər təşkil edir, soydaşlarımızın təklif və problemləri dinlənilir, vahid diaspor şəbəkəsinin yaradılması istiqamətində aparılan işlər təhlil olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər