Tərtərdə elmi-praktik seminar keçirilib

Tərtərdə elmi-praktik seminar keçirilibBitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunda “Ölkəmiz üçün prioritet bitkilərin zərərli orqanizmlərdən mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarda Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin, Tərtər, Goranboy, Yevlax, Ağcabədi, Ağdam və Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin rəhbərləri, mütəxəssisləri və fermerlər iştirak ediblər.

Tərtər DAİM-in direktoru Mehman Babayev açılış nitqi ilə çıxış edərək Tərtər rayonunda fermerlərin üzləşdiyi problemlər, problemlərin aradan qaldırılmasında fermerlərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov bildirib ki, dünyada, əhalinin sayının artması nəticəsində ərzaq məhsullarına tələbatın yüksəlməsi, iqlim dəyişikliyi, məhdud su ehtiyatları, təbii fəlakətlər bir sıra ölkələrdə əhalinin ərzaq məhsulları ilə təminatında ciddi problemlər yaradıb.

Dünyada ərzaq təhlükəsizliyinin qlobal problemə çevrildiyi bir vaxtda ölkədə zərərli orqanizmlərin təsirindən baş verən məhsul itkisinin qarşısının alınması prioritet istiqamətə çevrilib. Vurğulayıb ki, bol və keyfiyyətli kənd təsərrüfatı məhsulları əldə edilməsində əsas faktorlardan biri, əkin və bağ sahələrində bitki sağlamlığına nail olunması, bitkilərin zərərli orqanizmlərin vura biləcəyi zərərlərdən qorunmasıdır. Bunun üçün zərərli orqanizmlərə qarşı ayrı-ayrılıqda deyil kompleks halda, bir birini tamamlayacaq şəkildə mübarizə tədbirləri aparılmalıdır.

Direktor onu da qeyd edib ki, bütün bu problemlərin həlli istiqamətində alimlər fermerlərin yanında olmalı, onların problemlərini öyrənməlidir.

Sonra mütəxəssislər tərəfindən bitki mühafizəsi istiqamətində təqdimatlar olunub. Təqdimat zamanı fermerlərə pambıq bitkisinin becərmə texnologiyası, xəstəlik , zərərvericiləri, meyvə, günəbaxan bitkilərinin xəstəlik , zərərvericiləri və mübarizə tədbirlləri, həmçinin alaqlara otlarına qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib.

Seminar zamanı iştirakçıların sualları elmi üsullarla cavablandırılıb, müxtəlif yöndə maarifləndirici tövsiyyələrlə başa çatıb.

Təsərrüfat tədbirlərinin həyata keçirilməsi, aqrotexniki tədbirlərlə zərərvericilərin sayının məhdudlaşdırılması, sistemli şəkildə fiziki-mexaniki, bioloji və kimyəvi mübarizə üsullarının tətbiqini qeyd etmək olar.

Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seminar zamanı iştirakçıların sualları elmi üsullarla cavablandırılıb.

Seminar müxtəlif yöndə maarifləndirici tövsiyələrlə başa çatıb.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər