AQC üzvləri “Atəşgah” Sığorta Şirkətinin güzəştli xidmətindən istifadə hüququ qazanıblar

AQC üzvləri “Atəşgah” Sığorta Şirkətinin güzəştli xidmətindən istifadə hüququ qazanıblarAzərbaycanda Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə ölkənin sığorta bazarının aparıcı şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti arasında peşə məsuliyyətinin sığortalanması üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Avrasiya.net-in yazdığına görə, memorandum qiymətləndirmə sektoru ilə sığorta sektoru arasında qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymaq məqsədi daşıyır. Sənədə əsasən, AQC-ə üzv olan şirkətlər tərəfindən müraciət edildiyi zaman hər iki tərəfin maraqlarına və qanunvericiliyə uyğun olduğu təqdirdə peşə məsuliyyəti sığortası üzrə sığorta müqaviləsi bağlanılacaq. Müqavilə şərtlərində AQC üzvləri üçün xüsusi güzəştlər nəzərdə tutulur.

Qeyd edək ki, AQC öz fəaliyyətində dövlət qurumları və özəl təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. AQC ölkədə fəaliyyət göstərən qiymətləndiricilərin yeganə könüllü ictimai birliyidir. Cəmiyyət Azərbaycan Mərkəzi Bankı, Baş Prokurorluq, Milli Məclis, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi, İqtisad Universiteti və digər yerli dövlət qurumları, təhsil müəssisələri ilə sıx əməkdaşlıq formasında fəaliyyət göstərir. Cəmiyyətin sədri Vüqar Oruc bir çox dövlət qurumlarında, eləcə də Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasında təmsil olunur və hazırda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidentidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər