Toplum TV və Abzas Media işi: Yeni faktlar...

Toplum TV və Abzas Media işi: Yeni faktlar...Toplum TV, Abzas Media və digərlərinin işi ilə bağlı istintaq araşdırması zamanı maraqlı faktlar üzə çıxır.

Qərb fondlarının rolu və maliyyə təminatı

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, həbsdə olan şəxslərin etirafları göstərir ki, Toplum TV, Abzas Media, Fakt Yoxla, lll Respublika Platforması və digər bu kimi layihələr Qərb fondlarının birbaşa sifarişi ilə hazırlanıb.

Bu layihələrin maliyyə təminatı Qərb fondları tərəfindən müxtəlif üsullarla həyata keçirilib. İşçi təminatı və yerlərdə işin təşkili ilə bağlı məsələlər isə ölkədəki icraçılar tərəfindən təmin olunub.

Layihələrə kim rəhbərlik edib?

Azərbaycanda bütün bu layihələrin başında bilavasitə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov dayanıb. O, bu strukturlara ümumi rəhbərliyi həyata keçirib. Məsələn, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli olsa da, bu layihəyə faktiki rəhbərliyi Akif Qurbanov edib. Çünki Akif Qurbanov xaricdəki koordinatorlarla əlaqə, maliyyə və təşkilati məsələlərin həllində əsas fiqur olub.

Akif Qurbanovun rolu və koordinasiya işləri

Akif Qurbanov 2019-cu ildən 2023-cü ilə kimi layihələr üçün işçi seçimini belə özü həyata keçirib. Onun iştirakı üçün seçilən şəxslər üçün jurnalistika, hüquq, layihə menecerliyi və digər sahələr üzrə ödənişsiz təlimlər təşkil olunub. Daha sonra isə təlim iştirakçıları Toplum TV, Abzas Media, Fakt Yoxla kimi qurumlara, həm də “Azadlıq” və “Amerikanın səsi” radiolarına işə göndəriliblər. Təlimlərdə mentorluq edənlərin hər birinə bir təlim üçün 200 manat ödənilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər