Bakıda ər-arvad "Sevgililər günü"ndə öldü
Dərc olunub:
15-02-2025, 11:56
Bakıda ər-arvad qazdan boğulublar.
Avrasiya.net lent.az-a istinadla xəbər verir ki, hadisə fevralın 14-də Binəqədi rayonu Binəqədi-Xırdalan şosesi, Palçık vulkanı adlanan ərazidə baş verib.
46 yaşlı H.Ə. və həyat yoldaşı 45 yaşlı F.Ə. yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.