Deputat ərazidə vətandaş qəbulu keçirdi

Milli Məclisin deputatı Mehriban Vəliyeva deputat seçildiyi 44 saylı Sumqayıt üçüncü seçki dairəsində növbəti dəfə ərazi üzrə vətəndaş qəbulu keçirib.

Budəfəki qəbulu Tarix muzeyində məhəllə 41a-da yaşayan sakinlər üçün təşkil edilib. Deputat ofisindən saytımıza verilən məlumata görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Gülnur Qasımlının da iştirak etdiyi vətəndaş qəbulunda sakinlərin müraciət və təklifləri dinlənilib, problemləri ilə maraqlanılıb.

Hüquqi problemlərin həll olunmasını Sumqayıt Regional Vəkil Bürosu öz üzərinə götürüb. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət ediblər. Qaldırılan məsələlər deputat tərəfindən nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləcəyi qeyd olunub.

Görüş zamanı dövlətin apardığı uğurlu daxili və xarici siyasəti haqqında vətəndaşlara məlumat verilib. Əmək pensiyalarının və minumum əmək haqlarının artırılmasının xalqımızın sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablandığını, dövlət başçımızın göstərişi ilə regionlarda yeni quruculuq işləri haqqında, movcud sosial problemlərin də ardıcıllıqla həll olunacağı, ordumuzun daha da gücləndiriləcəyini sakinlərin diqqətinə çatdırılıb. Mehriban Vəliyeva bildirib ki, ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daima inkişaf edəcək. Vətəndaşlar da öz növbəsində ölkə başçısına inandıqlarını, hər zaman onun yanında olduqlarını bildiriblər.

Qeyd edək ki, bu görüş deputat Mehriban Vəliyevanın fevral ayı üçün ilk vətəndaş qəbul idi. Bu ay üçün növbəti vətəndaş qəbulu 24 fevral tarixində YAP Sumqayıt şəhər təşkilatında keçiriləcək.
Deputat ərazidə vətandaş qəbulu keçirdi


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər