Sumqayıtda ər arvadını boğub öldürdü
Dərc olunub:
13-02-2025, 10:45
Sumqayıtda ər arvadını boğaraq öldürüb.
Avrasiya.net xəbər verir ki, hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.
1984-cü il təvəllüdlü Cəmalə Quliyeva həyat yoldaşı, 1975-ci il təvəllüdlü Qorxmaz Quliyev tərəfindən boğularaq öldürülüb.
Q.Quliyev Sumqayıt Şəhər Polis İdarəsinə gedərək, özü təslim olub.
Qətl hadisəsinin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.