Narkoloji dispanserdə öldü
Dərc olunub:
12-02-2025, 15:18
Bakıda narkoloji dispanserdə müalicə alan xəstə ölüb.
Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserdə baş verib.
Dispanserdə müalicə alan Bakı şəhər sakini 52 yaşlı Səxavət Hüseyn oğlu Həsənov yıxılıb.
Xəstəxanaya yerləşdirilən zərərçəkən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
