Çörəyin içindən siqaret kötüyü çıxdı, rəhbərlik cəzalandırıldı

Çörəyin içindən siqaret kötüyü çıxdı, rəhbərlik cəzalandırıldıAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən Qarabağ ASC-yə məxsus çörək emalı müəssisəsində yoxlama aparıb.

Agentlikdən Avrasiya.net-ə verilən məlumata görə, keçirilən yoxlama zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb.

Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.

Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, adıçəkilən müəssisəsinin istehsal etdiyi çörəyin içərisindən siqaret kötüyü çıxdığı iddia edilən görüntülər yayılmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər