İlyas İsmayılovun böyrəkləri funksiyasını dayandırdı

İlyas İsmayılovun böyrəkləri funksiyasını dayandırdıHazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə olunan Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror İlyas İsmayılovun səhhəti daha da ağırlaşıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, siyasətçinin böyrəkləri funksiyasını dayandırıb və o, dializə qoşulub:

"İlyas İsmayılov hələ də xəstəxananın reanimasiya şöbəsindədir, vəziyyəti ağır olaraq qalır. Həkimlər əllərindən gələni edirlər, ancaq İlyas müəllimin səhhətində heç bir dəyişiklik yoxdur, komadadır. Bundan başqa, böyrəkləri də sıradan çıxıb və dializ olunur".

Məlumata görə, Ədalət Partiyası sədrinin oğlu Mətin İsmayılov hazırda ABŞ-də yaşayır. O, atasının durumu ilə əlaqədar Azərbaycana gəlib, amma İ.İsmayılovun səhhətində heç bir dəyişiklik olmadığı üçün 10 gün gözlədikdən sonra geri qayıdıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər