Bakıda 18 yaşlı oğlan qız üstündə bıçaqlandı
Dərc olunub:
8-02-2025, 15:02
Bakıda 18 yaşlı oğlan mübahisə zəmnində bıçaqlanıb.
Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsində baş verib.
Belə ki, 2007-ci il təvəllüdlü Mirzə Vüsal oğlu Həsən öz evlərinin qarşısına çağırılaraq bıçaqlanıb. Hadisənin qız üstündə baş verdiyi deyilir.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.