Neftçalada şirkət əməkdaşı iş başında öldü
Dərc olunub:
8-02-2025, 12:51
Neftçala rayonunda şirkət işçisi çalışdığı yerdə vəfat edib.
Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 7-si saat 13 radələrində Neftçala şəhərində yerləşən Yodbrom MMC-də baş verib.
Şirkətin əməkdaşı 1975-ci il təvəllüdlü Vüsal Sərdarzadə işlədiyi yerdə qəfil dünyasını dəyişib.
Onun ölüm səbəbinin müəyyənləşməsi üçün ekspertiza təyin edilib.
Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.