Bakıda iki böyük park istifadəyə veriləcək

Bakıda iki böyük park istifadəyə veriləcəkYaxın vaxtlarda Bakı şəhərində 2 böyük parkın istifadəyə verilməsi nəzərdə tutulur.

Avrasiya.net xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Mirhəsən Həsənov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı ictimai dinləmələrdə bildirib.

"Paytaxtda parkların, yaşıllıqların olması böyük önəm kəsb edir. Son aylar bu istiqamətində ciddi işlər görülüb. Yaxın vaxtlarda 2 böyük park istifadəyə veriləcək. Bunlardan biri metronun "Gənclik" stansiyasının ətrafındadır", - deyə o qeyd edib.

Bundan başqa, BŞİH rəsmisi deyib ki, paytaxtda nəqliyyatın hərəkəti, eyni zamanda piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin keçirilməsi zərurəti var: "Bununla bağlı bir sıra layihələrin icrası gözlənilir. Bu məsələlər ciddi şəkildə təhlil edilir və müvafiq tədbirlər görülür. Yolun bizim üçün nə qədər vacib olmasını hər kəs dərk etməlidir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər