USAID də, "Rus Evi" də daha çox "yumşaq güc" vasitəsi kimi çıxış edirdilər

USAID də, "Rus Evi" də daha çox "yumşaq güc" vasitəsi kimi çıxış edirdilərABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə rəsmi Bakı tərəfindən Vaşinqtona rəsmən bildiriş göndərilməsinin ardınca (öz də bu barədə qərar Donald Trampın bu strukturu ləğv etmək barədə qərarından əvvəl qəbul edilib), “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (“Rus Evi”) hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğuna görə fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilməsi həqiqətən də olduqca mühüm addımdır. Bu addım Azərbaycanın tam müstəqil siyasət yürütdüyünü və öz milli maraqlarımızı qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyini göstərir.

USAID də, "Rus Evi" də Azərbaycanda humanitar fəaliyyətlərdən daha çox "yumşaq güc" vasitəsi kimi çıxış edirdilər. Xüsusən də USAID əksər ölkələrdə olduğu kimi müstəqil siyasət yürüdən Azərbaycanda da “humanitar yardım” proqramlarının çərçivələrindən kənara çıxır, ölkəmizin media, QHT sektorunda, siyasi qüvvələr arasında “beşinci kolon” formalaşdırmağa çalışır, zərərli təbliğat aparırdı. USAID Bayden administrasiyasının əlində Azərbaycana qarşı təzyiq vasitəsinə və ermənipərəst siyasət ruporuna çevrilmişdi. Həmçinin "Rus Evi"nin də fəaliyyətində bir sıra qeyri-şəffaf məqamlar vardı. Bu mərkəz də ölkəmizdə Rusiyanın maraqlarına xidmət edən "5-ci kolon" yaratmağa çalışırdı. Eləcə də ənənəvi mətbuatda və sosial mediada "Rus Evi"nin casus yuvasına çevrilməsi barədə fikirlər də dolaşırdı.

Rəsmi Bakı hər iki xarici qurumun fəaliyyətinə xitam verməklə
bir daha nümayiş etdirdi ki, haradan qaynaqlanmasından asılı olmayaraq ölkəmizin iç işlərinə kənar müdaxilələrə dözmək fikrində deyil. Azərbaycan müstəqil dövlət kimi bütün yaxın-uzaq dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur və heç bir dövlətin daxili işlərinə müdaxilə etmir. Eyni zamanda, özümüzə qarşı da analoji münasibət, oxşar davranış gözləyirik. Azərbaycan dövləti öz daxili işlərinə müdaxiləni birmənalı şəkildə yolverilməz hesab edir. Bu baxımdan rəsmi Bakı Tramp administrasiyasının USAID-in layihələrini dondurması qərarını da müsbət qiymətləndirir.

Erməni lobbisinin ciddi təsiri altında olan və öz ərazi bütövlüyünü, suverenliyini bərpa edən ölkəmizə qarşı total hücumlar təşkil edən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) fəaliyyət göstərdiyi bütün ölkələrdə neqativ cizgilərlə xatırlanacaq. Çünki bu qurum bütün ölkələrin daxili işlərinə qarışır, mövcud olduğu hər yerdə xaos və qarşıdurma toxumları səpməyə çalışırdı. USAID-in aqibəti "Rus "Evi"nə də dərs olmalıdır. "Rossotrudniçestvo"nun rəhbəri, Azərbaycan xalqının qan yaddaşında mənfi iz buraxmış keçmiş sovet-rus siyasi və dövlət xadimi Yevgeni Primakovun nəvəsi kiçik Yevgeni Primakov bundan sonra ilk növbədə "Rus Evi" adlı mərkəzlərin fəaliyyətinin şəffaf və hüquqi çərçivədə təşkili barədə düşünməlidir. Bu cür qurumların fəaliyyəti hüquq çərçivəsində təşkil olunmalıdır. Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmaq bütün tərəfdaşlarımızın borcudur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər