Bakı məktəbində təhlükəli oyun - Qurumlar hərəkətə keçdi

Bakı məktəbində təhlükəli oyun - Qurumlar hərəkətə keçdiBakı şəhəri 210 nömrəli tam orta məktəbdə şagirdə naməlum məqsədlə arxasında nömrə qeyd olunmuş vərəq verildiyinə dair sosial şəbəkələrdə iddialar yayılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında paylaşım edib.

“Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qeyd edilib, digər üzündə isə bir oyunun loqosu əks olunub və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu “Google” üzərindən araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”, - deyə vətəndaş qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır: "Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalar nəticəsində vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq".

Məktəbdən isə iddia ilə bağlı bildirilib ki, məktəbdaxili araşdırma aparılacaq. Şagird və valideynlərlə müvafiq söhbətlər keçiriləcək, məktəb psixoloqu tərəfindən şagirdlərlə dəstəkləyici tədbirlər görüləcək:

"Məktəb rəhbərliyi valideynlə əlaqə saxlayıb. Məktəbin kameralarına baxılaraq məsələyə aydınlıq gətiriləcək. Lazım gələrsə, hüquq-mühafizə orqanlarına müraciət ediləcək", – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, məktəbliyə verildiyi iddia edilən kağızdakı işarələr Koreya istehsalı "Squid game" serialından götürülüb. "Netflix"də yayımlanan serialın uşaqlar və yeniyetmələr üçün təhlükələri ola biləcəyi barədə xəbərdarlıq edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər