Xaricdə təhsil almış 102 nəfərə "YOX" deyildi

Xaricdə təhsil almış 102 nəfərə "YOX" deyildiBu ilin yanvar ayı üzrə 402 müraciətçinin 300-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 78, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, tədris yükü səbəbilə 2, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1, dövlət nümunəli olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 146, Rusiyadan 102, Ukraynadan 51, Birləşmiş Krallıqdan 23, Gürcüstandan 17, Polşadan 10, Macarıstandan 9, İtaliyadan 8, Belarusdan 6, Almaniyadan 5, Amerika Birləşmiş Ştatlarından 4, İsveç Krallığından 2, Niderland Krallığından 2, Qazaxıstandan 2, Avstraliyadan 1, Belçikadan 1, Çexiyadan 1, Estoniyadan 1, İndoneziyadan 1, İrandan 1, İsveçrədən 1, Koreyadan 1, Latviyadan 1, Litvadan 1, Misirdən 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızıstandan 1, Türkmənistandan 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, biznesin idarə edilməsi üzrə 38, iqtisadiyyat üzrə 27, maliyyə üzrə 26, menecment üzrə 26, hüquqşünaslıq üzrə 20 müraciət qeydə alınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər