Harutyunyanın yalanı ifşa edildi

Harutyunyanın yalanı ifşa edildiErmənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb.

Bunu o, Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin cinayəti işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında deyib.

“Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının baş naziri bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var.

Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon zəngi imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni qaydada təmin olunur və bizimlə qanuni davranırlar. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar. Təşəkkür edirəm”, - A.Harutyunyan bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər