AQC UQC ilə əməkdaşlıq haqqında saziş imzaladı

AQC UQC ilə əməkdaşlıq haqqında saziş imzaladıAzərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Ukrayna Qiymətləndiricilər Cəmiyyəti (UTO) arasında qarşılıqlı əməkdaşlıqla bağlı saziş imzalanıb.

Sazişi AQC sədri Vüqar Oruc və UTO sədri İrina İvanova imzalayıb. Sazişin məqsədi qiymətləndirmə fəaliyyətində hər iki təşkilatın üzvlərinin peşəkar maraqlarına yönəlmiş tərəfdaşlıq əlaqələrinin qurulması, tərəflər arasında uzunmüddətli, səmərəli əməkdaşlığın inkişafıdır. 

Sənədə əsasən, tərəflər qiymətləndirmə fəaliyyətlərində peşəkar qarşılıqlı faydalı layihələrin təşviqinə və həyata keçirilməsinə dəstək, qiymətləndirmə fəaliyyətinin müxtəlif məsələləri üzrə analitik və statistik məlumatların verilməsi, peşəkar qiymətləndirmə icmasında ölkələr arasında tərəfdaşlıq və işgüzar əlaqələrin təkmilləşdirilməsi, peşəkar qiymətləndiricilərə və qiymətləndirmə təşkilatlarına dəstək olmaq üçün qabaqcıl təcrübələrin yayılması, qiymətləndirmə fəaliyyəti və əlaqəli sahələr üzrə elmi, praktiki və işgüzar konfransların, forumların, seminarların təşkili və birgə iştirak, ictimai təşkilatlar və ekspert icması ilə qarşılıqlı əlaqə istiqamətlərində birgə tədbirlər həyata keçirəcəklər. 

Qeyd edək ki, AQC Ukrayna ilə yanaşı Türkiyə, Rusiya, Belarusiya və Özbəkistan, Qazaxıtan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cumhuriyyəti ölkələrinin də qiymətləndirmə qurumları ilə əməkdaşlıq müqaviləsi var və  yaxın əməkdaşlıq edir. Cəmiyyət türk dövlətləri arasında qiymətləndirmə sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində son dövrlər xüsusi fəallıq göstərir. AQC sədri Vüqar Oruc eyni zamanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidentidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər