Rusiyaya bildiriş: bu agentliyin Bakıda fəaliyyətinə xitam verilir!

Rusiyaya bildiriş: bu agentliyin Bakıda fəaliyyətinə xitam verilir!Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə rəsmi bildiriş göndərib.

Avrasiya.net xəbər verir ki, Report bu xəbəri məlumatlı mənbələrdən əldə edib.

Daha əvvəl, analoji qərarın ABŞ-nin USAİD agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin bir daha sübutudur və haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir.

Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər