Bakıda cinayətkar dəstə saxlanıldı: Qadın da var

Bakıda cinayətkar dəstə saxlanıldı: Qadın da varXəzər rayonu və paytaxtın digər ərazilərində 9 avtomobilin şüşəsinin sındırılaraq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əməli törətməkdə şübhəli bilinən Əli Cəbrayılov saxlanılıb.

Xəzər RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif ünvanlarda yerləşən 7 evdən oğurluq edən Kamal Mustafayev, Rüfət Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın saxlanılıb.

Qeyd edək ki, dəstə üzvləri zərərçəkən ev sahiblərinə ümumilikdə 40 min manat maddi ziyan vurublar.

Araşdırmalar aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər