9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib
Dərc olunub:
6-02-2025, 12:11
Ucarda 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.
Axar.az xəbər verir ki, hadisə fevralın 4-ü 08:10 radələrində Rəstəcə kənd tam orta məktəbində baş verib.
Mərkəzi Aran Regoinal Təhsil İdarəsindən bildirilib ki, xəsarət alan şagird dərhal tibb müəssisəsinə aparılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır