Cərrahın lisenziyası ləğv edildi - Xalq artisti alqışladı

Cərrahın lisenziyası ləğv edildi - Xalq artisti alqışladıXalq artisti Flora Kərimova Səhiyyə Nazirliyinin plastik cərrah Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsi ilə bağlı qərarını alqışlayır.

Bunu Qaynarinfo-ya açıqlamasında xalq artistinin vəkili Elcan Həsənli deyib.

Vəkil bildirib ki, Sevinc Heydərova müğənniyə dəyən maddi ziyan ödəməlidir:

"Bizim hələ Sevinc Heydərova ilə bağlı bir məhkəmə prosesimiz davam edir. Hazırda iş Ali Məhkəmədədir. Doğrudur, indi biz Səhiyyə Nazirliyinin də qərarını məhkəməyə təqdim edəcəyik. Orada da Flora xanıma vurulmuş maddi ziyanın təzminatını tələb edəcəyik. Bu 30 min manatdır. Biz bu prosesdə sona qədər gedəcəyik".

"Sevinc Heydərovanın plastik cərrah kimi lisenziyasının ləğv olunmasında Flora Kərimova ilə bağlı aparılan məhkəmə işlərinin rolu olar bilərmi" sualına vəkil belə cavab verib:

"Sevinc Heydərovanın lisenziyasının ləğvi ilə bağlı tərəfimizdən də məhkəməyə müraciət edilib. Səhiyyə Nazirliyi məhkəmə yekunlaşmadan məsələni həll etdi. Biz rəsmi olaraq bütün dövlət orqanlarına müraciət etmişdik. Dövlətimizə inanırdıq".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin qərarı ilə Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. Onların arasında tanınmış plastik cərrah Sevinc Heydərova da var.

Xalq artisti Flora Kərimova Sevinc Heydərovanın əməliyyat etdiyi sənət adamlarından idi. Flora Kərimova Sevinc Heydərovanı uğursuz plastik əməliyyata görə məhkəməyə verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər