Burada Sizin reklam ola bilər!

"Pulumuzu vermir, Vəfa Şərifovaya tort göndərir" - VİDEO

"Pulumuzu vermir, Vəfa Şərifovaya tort göndərir" - VİDEO“Şikayətim Emin bəydəndir. O, bir çox restoranlar şəbəkəsinin - “Pak Dad”, “Balbadəm” “Qarabağ” və s. sahibidir. Bir ildən çox əməkdaşlıq etdim və 10 mindən artıq pulum onlarda qaldı”.

Avrasiya.net xəbər verir ki, bunu Cavad Zeynalov adlı vətəndaş APA TV-yə müsahibəsində bildirib.


O qeyd edib ki, həmin məbləği hissə-hissə onlardan alsa da, 2 min manat pulunu ödəmirlər:

“Bağbanlıq, gül satmaq və digər xidmət sahələrində fəaliyyət göstərmişəm. Xəstəliklə bağlı müraciət etdim ki, pulumu alım, ancaq ödəniş əvəzinə yalan vədlər verirlər”.

C.Zeynalov sözügedən iş adamının onların pulunu ödəməkdənsə, müğənnilərə ad günlərində tort göndərdiyini söyləyib:

“Yeni ildə Vəfa Şərifovanın ad gününə tort göndərir. Mən ondan əlil uşağımın haqqını ala bilmirəm. Mənimlə gedən işçilər də var və onların da maaşı ödənmir. Həmin adamlar məni günahkar bilir və haqlarını məndən tələb edirlər. Əks halda adımı polisə verəcəklərini bildirirlər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər