Burada Sizin reklam ola bilər!

İlkin hesabat Rusiyanın iddialarını alt-üst etdi

İlkin hesabat Rusiyanın iddialarını alt-üst etdiQazaxıstan tərəfinin açıqladığı hesabatın ilkin versiyası gözləntilər çərçivəsində idi. Azərbaycan tərəfinin gözləntiləri və ilkin məlumatları ondan ibarət idi ki, təyyarəmiz Rusiya ərazisində, Qroznı ətrafında vurulub. Dünənki hesabatda kənar müdaxilələrin olması, naviqasiya sisteminin kənar müdaxilə ilə sıradan çıxması kimi məqamlar təsdiqini tapdı.

Bu sözləri Axar.az-a REAL Partiyasının sədri Natiq Cəfərli AZAL-a məxsus təyyarə qəzasının səbəbləri ilə bağlı dərc edilən ilkin hesabatı şərh edərkən deyib.

O, ilkin hesabatla təyyarənin özünün qəzalı vəziyyət olması, daxildə balon partlaması, quşların müdaxiləsi kimi Rusiya tərəfinin bütün absurd iddialarının əksinin sübut olunduğunu bildirib:

“Qroznıya çatana qədər Azərbaycan təyyarəsində heç bir texniki problem olmayıb, bu da ilkin hesabatda öz əksini tapdı. Artıq Rusiya səmasında kənar müdaxilənin olduğu, yəni HHM-lər tərəfindən Azərbaycan təyyarəsinin vurulduğu heç kimdə şübhə doğurmur. İndi başqa detallar açıqlanmalı, bununla bağlı istintaq davam eləməlidir. Nə üçün Azərbaycan təyyarəsinin Rusiya ərazisində enişinə icazə verilməyib, yaxud imkan yaradılmayıb? Orada “Xalça” əməliyyatı elan edilərkən nəyə görə öncədən xəbər verilməyib? Bu kimi digər məsələlərə növbəti mərhələlərdə aydınlıq gətirilməlidir. Nəticə ondan ibarətdir ki, Azərbaycan tərəfinin bu günə qədər söylədiklərində və tələblərində haqlı olduğu bir daha üzə çıxdı. Yekun olaraq, Rusiya tərəfi üzr istəməli, kompensasiya ödəməli, bu cinayətdə əli olanları cəzalandırmalıdır”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Ötən gün qəza ilə bağlı ilkin hesabat açıqlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər