Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Dərc olunub:
5-02-2025, 10:06
Ağstafada üç nəfər dəm qazından zəhərlənib.
Avrasiya.net Unikal.az-a istinadən xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb.
3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Onların hərbçi olduğu bildirilir.
Fakt araşdırılır.