Burada Sizin reklam ola bilər!

Səməd Vurğunun qohumu Əlisa Nicata belə cavab verdi: Şizofrenik!

Səməd Vurğunun qohumu Əlisa Nicata belə cavab verdi: Şizofrenik!Tanınmış hüquqşünas, görkəmli Xalq şairi Səməd Vurğunun qohumu Səməd Vəkilov yazıçı, tərcüməçi və filosof Əlisa Nicata cavab verib.

O, Səməd Vurğun barəsində "yaltaq" ifadəsini səsləndirən Əlisa Nicatı "şizofrenik" adlandırıb.

Səməd Vəkilov Modern.az-a açıqlamasında Azərbaycanın ilk Xalq şairi, əsərləri Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilmiş Səməd Vurğun haqqında səsləndirilən qeyri-etik ifadənin mətbuatda tirajlanmasından təəssüfləndiyini vurğulayıb.

“Təəssüf ki, media bir "şizofrenik"in sərsəmləmələrini yayıb”.

"Əlisa Nicat deyib ki, “Məhəmməd Peyğəmbərə güzəştə getdim”. Bu sözlərin müəllifinin hansı ağılın yiyəsi olduğunu anlamaq olar. Yazdıqları heç nəyə yaramayıb. İndi də Səməd Vurğunun üstünə qısqırdıblar. Bu ucuz adamla ucuz variantla ancaq ikrah hissi yarada bilərsiniz. Bu ünsür həyatda yalnız sərsəmləmələri ilə qalacaq. Yaltaq sənsən!”, - S.Vəkilov əlavə edib.

Hüquqşünas bildirib ki, Səməd Vurğunun ailəsindən heç kim Əlisa Nicatı sayıb ona cavab verməyəcək: “Mən də bu açıqlamanı mətbuatda yazılanları nəzərə alaraq məcburiyyətdən verirəm”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər