Burada Sizin reklam ola bilər!

AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanda Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə ölkənin sığorta bazarının aparıcı şirkətlərindən olan “Meqa Sığorta” ASC arasında peşə məsuliyyətinin sığortalanması üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandum qiymətləndirmə sahəsində sığorta sektoru ilə qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymaq məqsədi daşıyır. Sənədə əsasən, AQC-ə üzv olan şirkətlər tərəfindən müraciət edildiyi zaman hər iki tərəfin maraqlarına və qanunvericiliyə uyğun olduğu təqdirdə peşə məsuliyyəti sığortası üzrə sığorta müqaviləsi bağlanılacaq.

Qeyd edək ki, AQC öz fəaliyyətində dövlət qurumları və özəl təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu istiqamətdə həm yerli, həm xarici müəssisələrlə tez-tez görüşlər keçirilir, qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılır, razılaşmalar əldə edilir. AQC Türkiyə, Rusiya, Ukrayna və Mərkəzi Asiya ölkələrinin qiymətləndirmə qurumları ilə yaxın əməkdaşlıq edir. Cəmiyyət Azərbaycan Mərkəzi Bankı, Baş Prokurorluq, Milli Məclis, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi, İqtisad Universiteti və digər yerli dövlət qurumları, təhsil müəssisələri ilə sıx əməkdaşlıq formasında fəaliyyət göstərir. Cəmiyyətin sədri Vüqar Oruc bir çox dövlət qurumlarında, eləcə də Azərbaycan Mərkəzi Bankı yanında Sahibkarlarla Əməkdaşlıq Şurasında təmsil olunur.
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu imzalanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər