Kubinkada 36 yaşlı qadının meyiti tapıldı
Dərc olunub:
4-02-2025, 12:05
Paytaxtın Nəsimi rayonunda, “Kubinka” adlanan ərazidə gənc qadının meyiti tapılıb.
Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, fevralın 1-də gecə saat 02 radələrində Ağadadaş Qurbanov küçəsində naməlum qadın meyiti tapılıb.
Araşdırmalarla ölən qadının paytaxt sakini 36 yaşlı V.T olması müəyyən edilib. Onun narkotik vasitə aludəçisi olması və tüfeyli həyat tərzi sürdüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.