Burada Sizin reklam ola bilər!

"Aqrar sahədə emissiyaların idarə olunması böyük problemlərdən biridir”

"Aqrar sahədə emissiyaların idarə olunması böyük problemlərdən biridir”Aqrar sahədə emissiyaların idarə olunması böyük problemlərdən biridir.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün rəhbərlik etdiyi komitənin iclasında bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatında bu məsələlərə diqqət yetirilməlidir: “Biz Kənd Təsərrüfatı Nazirliyi və Milli Məclisin Aqrar siyasət komitəsi ilə birlikdə tədbirlər keçirməyi planlaşdırırıq. Bu mövzuda müzakirələr aparmaq və təkliflər irəli sürmək vacibdir”.

O qeyd edib ki, ekoloji tarazlığın qorunması təhsildən başlayır: “Odur ki, bununla bağlı Elm və Təhsil Nazirliyi və ADA Universiteti ilə tədbir keçirməyi planlaşdırırıq. Fövqəladə halların ekosistemə təsiri ilə bağlı dəyirmi masa keçirəcəyik. Bu tədbirin Fövqəladə Hallar Nazirliyi ilə birlikdə fevralda keçirilməsi planlaşdırılır”.

S.Qurbanov deyib ki, Mədəniyyət Nazirliyi ilə birlikdə “Ekoloji mədəniyyətin rolu” mövzusunda tədbir keçiriləcək: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ekoloji vəziyyəti ilə bağlı dəyirmi masa da keçirəcəyik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər