Qazaxda 19 yaşlı gənc intihar etdi
Dərc olunub:
24-01-2025, 10:25
Qazaxda gənc oğlan intihar edib.
Hadisə rayonun Kosalar kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2006-cı il təvəllüdlü Ömür Hüseynov yaşadığı evdə özünü asıb. Gəncin meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.