Mingəçevirdə məktəblini maşın vurub
Dərc olunub:
23-01-2025, 15:14
Hadisə şəhərin Gəncə şossesində baş verib. Belə ki, avtobusdan düşüb, yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Rzayev Amil Habil oğlunu "Vaz 2107" markalı maşın vuraraq çoxsaylı bədən xəsarətləri yetirib.
Yaralı yeniyetmə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Amil Rzayev Mingəçevirdə yerləşən Kəlbəcər Məktəbinin 8-ci sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır. (Unikal)