Burada Sizin reklam ola bilər!

"Azərbaycanda meymunçiçəyinə qarşı kütləvi vaksinasiyaya ehtiyac yoxdur"

"Azərbaycanda meymunçiçəyinə qarşı kütləvi vaksinasiyaya ehtiyac yoxdur"Hazırda Azərbaycanda meymunçiçəyinə qarşı kütləvi vaksinasiyaya ehtiyac yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev virusla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda vaksinlər yalnız endemik risk qrupunda olan ölkələrdə tətbiq olunur:

“ÜST və bir çox digər təşkilatların araşdırması göstərir ki, suçiçəyi virusunda istifadə olunan vaksinlər meymunçiçəyində də istifadə oluna bilər. Lakin hazırda Azərbaycanda həmin vaksinlərin vurulması tövsiyə olunmur, buna ehtiyac da yoxdur. Çünki bu virus endemik risk qrupuna daxil deyil”.

Xatırladaq ki, yanvarın 18-də Azərbaycanda ilk meymunçiçəyinə yoluxma faktı aşkarlanıb. Belə ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər