star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Qərbi azərbaycanlıların "əbədi qaçqınlıq" statusu ilə yaşamaq fikirləri yoxdur

Qərbi azərbaycanlıların "əbədi qaçqınlıq" statusu ilə yaşamaq fikirləri yoxdurƏsrlər boyu öz tarixi torpaqlarında yaşayan Qərbi azərbaycanlıların 1987-1991-ci illərdə etnik təmizləmə nəticəsində öz dədə-baba yurdlarından didərgin düşürülməsindən, növbəti deportasiyaya məruz qalmasından yarım əsrə yaxın vaxt keçir. Qərbi azərbaycanlı soydaşlarımız bu illər ərzində Azərbaycanda Ermənistan Respublikasının vətəndaşları kimi qaçqın statusu ilə yaşayıblar. Lakin onların daimi olaraq qaçqın kimi yaşaması mümkün deyil. Çünki bu, qaçqınlarla bağlı beynəlxalq konvensiyalara da, insan haqqları normalarına da ziddir.

Qərbi azərbaycanlıların "əbədi qaçqınlıq" statusu ilə yaşamaq fikirləri yoxdur. Qərbi azərbaycanlılar öz hüquqlarını yaxşı bilirlər. Onların öz torpaqlarına qayıtması beynəlxalq hüququn tələbidir və bu qayıdış bir gün mütləq baş tutacaq. Bu şəxslərin hüquqlarının təmin olunması beynəlxalq hüququn subyekti kimi Ermənistan dövlətinin borcudur, öhdəliyidir. Ermənistan hakimiyyəti Qərbi azərbaycanlıların qayıdışını əngəlləyə bilməz.

44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri Cənubi Qafqaz regionundakı reallıqları kökündən dəyişməklə yanaşı, Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi üçün yeni imkanlar yaradıb. Ona görə də Qərbi Azərbaycana qayıdış istiqamətində addımlar atılması bu gün bizim üçün ən önəmli, prioritet vəzifələrdən birinə çevrilib. Bu, dövlətimiz üçün də, xalqımız üçün də ümumilli, strateji məsələdir.

Azərbaycan dövləti qaçqınlarla bağlı beynəlxalq hüquqi aktlara, normativlərə əsaslanaraq Qərbi azərbaycanlıların qayıdış hüquqlarının təmin edilməsi üçün səylərini artırır. Burada söhbət şübhəsiz ki, birmənalı olaraq dinc qayıdışdan gedir. Dövlətimiz Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına nail olmaq istəyir. Ermənistanın deportasiya, etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarından didərgin düşən azərbaycanlılar da öz haqqlarını tələb edirlər. Ona görə də Ermənistan dövləti Qərbi azərbaycanlılar qarşısında hüquqi və mənəvi məsuliyyətini dərk etməlidir. Rəsmi İrəvanın bu məsələ ilə bağlı hər hansı spekulyasiya etmək imkanı da yoxdur. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Qərbi Azərbaycana qayıdış mexanizminin işə düşməsi qaçılmaz olacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər