Sizin Reklam Burada

Sumqayıt İH-in 7 milyonluq tender verdiyi şirkət kimindir?

Sumqayıt İH-in 7 milyonluq tender verdiyi şirkət kimindir?Sumqayıt Şəhər İcra Hakimiyyəti "Az-Tex-İmport" şirkətindən 6 930 000 manatlıq xüsusi təyinatlı texnika və konteynerlər alacaq.

Avrasiya.net Qaynarinfo.az-a istinadla xəbər verir ki, şirkət İcra Hakimiyyətinin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.

"Az-Tex-İmport" şirkəti 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 2020-ci ilə qədər 10 manat təşkil edib. Həmin il nizamnamə kapitalı 22600 manat artılaraq 22 610 manata çatdırlıb. Lakin bir neçə ay sonra bu məbləğ yenidən 10 manata düşüb. 2022-ci ildə isə şirkət yenidən nizamnamə kapitalını 22 610 manata qaldırıb.

Hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48, mənzil 290-da yerləşir. Şirkətin qanuni təmsilçisi İbadullayev Samir Sahib oğludur. Ondan əvvəl şirkəti Samir İbadullayevin qardaşı İlkin İbadullayev təmsil edib.

Az-Tex-İmport MMC həm də Sumqayıt Texnologiyalar Parkının rezident şirkətidir. Açıq mənbələrdə şirkət və qanuni təmsilçiləri haqqında heç bir məlumata rast gəlinmir.

Araşdırmalarımız zamanı məlum olub ki, Samir İbadullayev həm də Arletta MMC-nin qanuni təmsilçisidir. Bu şirkət haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Az-Tex-İmport" şirkəti dövlət satınalmalarında fəal iştirak edir və adətən iri məbləğli müsabiqələrin qalibi seçilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər