Sizin Reklam Burada

COP29 dünyaya ekoloji saflıq təklif edir

COP29 dünyaya ekoloji saflıq təklif edirÖlkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Bu baxımdan, təsadüfi deyil ki, ötən il Azərbaycan növbəti böyük uğuruna imza atdı və 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda keçirilməsinə dair qərar qəbul edildi.

Artıq COP29-un keçirilməsinə çox az vaxt qalır və demək olar ki, ölkəmiz tədbirin yüksək səviyyədə baş tutması üçün bütün təşkilati işləri həyata keçirib. Azərbaycana təşrif buyuracaq bütün mütəxəssislərin, ekspertlərin, xarici dövlətlərin rəsmilərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, akademiklərin, ekofəalların, bütövlükdə mühüm qonaqların hər birinin qəbulu prosesi planlaşdırılıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O qeyd edib ki, bütün bu işlərin ərsəyə gəlməsinin kökündə Azərbaycanın 2020-ci ildə dünya siyasətində ədaləti bərqərar etməsi dayanır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi bütün qərarlar Azərbaycan xalqı, Ordusu tərəfindən böyük hörmətlə qarşılandı və təkbaşına icra olundu. Beləliklə, doğma Qarabağımızın 30 ilə yaxın davam edən işğalına 2020-ci ildə 44 günlük İkinci Qarabağ - Vətən müharibəsi nəticəsində son qoyuldu.

“İşğaldan azad olunmuş ərazilərin cənnətə çevrilməsi istiqamətində fəaliyyətimizi son dörd ildə əzmlə davam etdiririk. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan işlər nəinki Azərbaycanın ekoloji vəziyyətini yaxşılaşdırır, iqtisadiyyatın dekarbonizasiyasını həyata keçirir, ekoturizmi inkişaf etdirir. Eyni zamanda, yaşayış üçün ən müasir və böyük infrastruktur layihələri həyata keçirilir. Qısa müddətdə bu ərazilərin yenilənməsi, bərpası, doğma yurdlarına qayıdan insanlarımızın rahat yaşaması, habelə təbii sərvətlərimizdən istifadə edə bilməyimiz üçün artıq dövlət büdcəsindən 19 milyard manata yaxın maliyyə vəsaiti xərclənib”, - deyə deputat bildirib.

M.Əfəndiyev diqqətə çatdırıb ki, yeni formalaşmış VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev dolğun və məzmunlu nitqində bu gün ölkəmizin təbii sərvətlərinin artıq özü tərəfindən istifadə olunmasına toxunub. İclasda “İstisu” mineral su zavodu barədə danışan dövlətimizin başçısı uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunun 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edildiyini vurğulayıb. Böyük rəmzi məna daşıyan “İstisu” su zavodunun açılışını, həm də tarixi ədalətin bərpası kimi dəyərləndirmək olar. Mütəxəssislərin də bildirdikləri kimi, heç bir mineral suda olmayan əvəzsiz, faydalı tərkibə malik “İstisu” insan sağlamlığına müsbət təsir edir. Dünyada mövcud termal-mineral suların içində insan orqanizminə faydalılığı ilə xüsusi seçilən “İstisu”, eyni zamanda, mənəviyyat və insaniyyətə xeyirlidir. Bu baxımdan, “İstisu” artıq nəinki Azərbaycan xalqının süfrələrinə qayıdıb, eyni zamanda, bütün dünya dövlətlərinin əhalisinin də istifadə edə bilməsi üçün tədbirlər görülür. Təsadüfi deyil ki, yenicə istifadəyə verilmiş “İstisu” zavodunun illik istehsal gücü bu gün 100 milyon şüşə butulkadan çoxdur. Bu isə istehsal olunan suların ixrac edilməsi üçün əlverişli zəmin yaradacaq. Bundan başqa, Azərbaycan “İstisu” ilə yanaşı, “Sirab”, “Badamlı”, “Slavyanka” kimi tarixə malik mineral suları ilə də məşhurdur.

“Beləliklə, illərdir qarşılaşdığımız ədalətsizlik, riyakarlıq, ikili standartlara baxmayaraq, Azərbaycan hətta öz təbii sərvətləri vasitəsilə sülh, əmin-amanlıq, dünya xalqlarının birliyi və hər bir insanın həyatı üçün zəruri olan nemətlərə əlçatanlığın təmini üçün yorulmaz fəaliyyətini davam etdirir”, - deyə deputat vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər