Sizin Reklam Burada

Ötən ay xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb

Ötən ay xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbSentyabr ayı üzrə 787 müraciətçinin 554-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 233 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Avrasiya.net-ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 209, təhsil forması səbəbilə 8, ekvivalenti olmayan ixtisas səbəbilə 6, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 265, Rusiyadan 242, Ukraynadan 126, Gürcüstandan 40, Birləşmiş Krallıqdan 28, Belarusdan 21, Polşadan 10, Macarıstandan 8, Litvadan 6, Almaniyadan 5, Amerika Birləşmiş Ştatlarından 5, İtaliyadan 4, Niderlanddan 4, Çindən 3, İrandan 3, Kiprdən 3, Latviyadan 3, Qazaxıstandan 3, Bolqarıstandan 1, Çexdən 1, Fransadan 1, Kanadadan 1, Malayziyadan 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızıstandan 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 57, biznesin idarə edilməsi üzrə 53, menecment üzrə 51, iqtisadiyyat üzrə 49, tibb üzrə 34 müraciət qeydə alınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər