Sizin Reklam Burada

Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi

Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdiPrezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva Ədliyyə Nazirliyini məhkəməyə verib.

Axar.az xəbər verir ki, səbəb isə Bakı Oksford Məktəbinin binasının onun əlindən alınmasıdır.

54 yaşlı K.Əliyeva eyni şikayətdə Ədliyyə Nazirliyi ilə yanaşı, "Baku Steel Company" şirkətinin keçmiş rəhbəri, 3 ilə yaxındır həbsdə olan işadamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanı da cavabdeh kimi məhkəməyə verib.

Məsələ budur ki, məktəbdəki 100 faizlik payın yarısı K.Əliyevada, yarısı isə M.Məmmədovadır. 2022-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi R.Məmmədov haqqında hökm çıxaranda onun özü və yaxınlarının adına olan xeyli əmlakın da müsadirəsinə qərar verilmişdi. Müsadirə olunan əmlaklar arasında Bakı Oksford Məktəbinin binası da vardı.

K.Əliyeva şikayətində göstərib ki, ona məxsus əmlak icra xidməti tərəfindən satışa çıxarılıb. R.Məmmədovun Bakı Oksford Məktəbinə aidiyyəti olmadığı halda, məhkəmə onunla bağlı cinayət işi üzrə bu əmlakı müsadirə edib. K.Əliyeva baş verənləri mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirib.

Səbail rayon Məhkəməsi K.Əliyevanın Ədliyyə Nazirliyi və M.Məmmədovaya qarşı iddiasına baxmaqdan imtina edib. Bu barədə Səbail rayon Məhkəməsindən bildirilib. Bundan sonra K.Əliyeva sözügedən hökmü çıxarmış Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə göndərib. Bakı Oksford Məktəbində 50 faizlik paya sahib olduğunu və müsadirə qərarından şikayət vermək hüququnu vurğulayıb. Lakin onun bu müraciəti də nəticəsiz qalıb.

Ali Məhkəməyə kassasiya şikayəti verilib və şikayətə oktyabrın 8-də baxılacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər