Sizin Reklam Burada

15 il öncə Naxçıvanda müasir türk birliyinin hüquqi əsası qoyuldu

15 il öncə Naxçıvanda müasir türk birliyinin hüquqi əsası qoyulduHulusi Kılıç: O günü, 2009-cu ilin 3 oktyabr tarixini heç zaman unutmayacağam

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihənin icrasına başlayıb.
1 avqust-31oktyabr tarixləri arasında reallaşdırılacaq layihənin məqsədi müasir dövrdə Türk dünyasının birliyinə gedən yolda göstərilən səyləri, Azərbaycanın, o cümlədən 2024-cü ildə 100 yaşı olan Naxçıvan Muxtar Respublikasının bu istiqamətdə oynadığı rolu, müasir türk birliyinin, belə deyək ki, hüquqi əsası sayılan və 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişinin əhəmiyyətini müxtəlif tədbirlərlə Türk dünyası ictimaiyyətinə, xüsusilə də gənclərə və məktəblilərə çatdırmaqdır.

Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 3 məqalənin hazırlanması nəzərdə tutulub. Beləliklə, həmin 3 məqalənin sonuncu, üçüncüsü oxuculara təqdim edilir.

Həmin anlara şahidlik etmək bir başqa xoşbəxtlik idi

Üçüncü yazı ilə bağlı həmsöhbətimiz Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç oldu. Məlumat üçün bildirək ki, Hulusi Kılıç 2009-cu ildə, oktyabrın 3-də tarixi Naxçıvan Sazişinin imzalanmasının canlı şahidi olub. Həmin vaxt qardaş ölkənin Azərbaycandakı səfiri olaraq fəaliyyət göstərən H.Kılıç dedi ki, həmin anlara şahidlik etmək bir başqa xoşbəxtlik idi.

Naxçıvan Sazişinin imzalanması ilə bağlı məqamlara toxunmazdan öncə müasir türk birliyinə aparan yola nəzərə salan müsahibimiz, “Əvvəla mən “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinə, bu birliyin sədri, Əməkdar jurnalist Nadir Azəriyə təşəkkür edirəm ki, məhz bu cür tarixi mövzu ilə bağlı layihənin reallaşdırılmasına qərar veriblər. Mən fürsətdən istifadə edib, həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkür edirəm ki, bu cür taleyüklü, tarixi məqamlarla bağlı layihələrə qrant ayrılır. Bu, Agentliyin Türk dünyasının daha da güclənməsi, türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşdirilməsi istiqamətində həyata keçirilən siyasətə mühüm önəm verdiyinin daha bir təsdiqidir” dedi.

Mustafa Kamal Atatürkün 1933-cü ildə uzaqgörənliklə söylədiyi fikirlər 1991-ci ildə gerçəkləşdi

Konkret mövzuya gəlincə, diplomat dahi Mustafa Kamal Atatürkün dəyərli kəlamını xatırlatdı: “Mən dahi Atatürkün 1933-cü ildə türk dünyası ilə bağlı söylədiyi dəyərli və bu gün həqiqətə çevrilən sözlərini xatırlatmaq istəyirəm. Mustafa Kamal Atatürk demişdir: “Bu gün Sovet Rusiyası bizim dostumuz, qonşumuz, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Amma sabah nə olacağını heç kim proqnozlaşdıra bilməz. O, Osmanlı İmperiyası kimi, Avstriya-Macarıstan İmperiyası kimi parçalana bilər. Bu gün tutduqları millətlər onların əlindən qaça bilər. Dünya yeni tarazlığa çatır. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun rəhbərliyi altında dil və etiqad baxımdan bir olduğumuz doğma qardaşlarımız var. Biz onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq sadəcə səssizcə o günü gözləmək demək deyildir, hazırlaşmaq lazımdır. Millətlər buna necə hazırlaşır? Mənəvi körpülərinizi möhkəm saxlamaqla! Dil bir körpüdür, inanc bir körpüdür, tarix bir körpüdür”. Göründüyü kimi Mustafa Kamal Atatürkün 1933-cü ildə uzaqgörənliklə söylədiyi bu dahiyanə fikirlər 1991-ci ildə gerçəkləşdi”.

H.Kılıç bildirdi ki, 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində keçmiş imperiyanın tərkibində olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan müstəqilliklərini elan etdilər: “Uzun illərin ayrılığı sona çatdı. Türkiyə qardaş dövlətləri tanıyan ilk ölkə oldu. Hər kəs bilir ki, ilk dəfə tanınmağın dəyəri bir başqa olur”.

İlk Türk Zirvəsi 1992-ci ildə Ankara keçirilib

Diplomatın sözlərinə görə, SSRİ imperiyasının buxovlarından azad olan türk dövlətlərinin liderləri ilk dəfə 1992-ci ildə bir araya gəlib: “Bu çərçivədə Zirvə görüşlərin keçirilməsi prosesi qardaş respublikalar müstəqillik əldə etdikdən sonra 1992-ci ildə o zamankı Türkiyə Prezidenti Turqut Özalın ev sahibliyi ilə Ankarada keçirilən zirvə toplantısı ilə başladı. İkinci türk liderlər zirvəsi 1994-cü ildə İstanbulda o vaxtkı Prezident Süleyman Dəmirəlin sədrliyi ilə keçirildi. Bundan sonra, 1995-ci ildə Qırğızıstanda, 1996-cı ildə Özbəkistanda, 1998-ci ildə Qazaxıstanda, 2000-ci ildə Azərbaycanda, 2001-ci ildə Türkiyədə sammit keçirilmişdir”.

Həmin Zirvə görüşlərinin kulminasiya nöqtəsi kimi 2009-cu ildə Türk Şurasının yaradıldığını deyən H.Kılıç bildirdi ki, 15 il öncə Naxçıvanda müasir türk birliyinin hüquqi əsası qoyuldu.

Müsahibimiz qeyd etdi ki, Zirvə toplantıları sonra da davam etdi: “Türk Şurası yaranandan sonra 2011-ci ildə Almatı, 2012-ci ildə Bişkek, 2013-cü ildə Qəbələ, 2014-cü ildə Bodrum, 2015-ci ildə Astana, 2018-ci ildə Çolpon-Ata, 2019-cu ildə Bakıda keçirilmişdir. Burada bir məqamı qeyd etməyi vacib sayıram. Əgər, 2009-cu ildə Naxçıvan Sazişi əsasında Türk Şurasının yaranması ilə Zirvə görüşlərinin birinci mərhələsi uğurla başa çatmışdısa, 2021-ci ildə İstanbulda Türk Dövlətləri Təşkilatının yaradılması ilə Zirvə görüşlərinin ikinci mərhələsi də uğurla tamamlandı”.

Müasir türk birliyinin güclənməsində qeyri-rəsmi sammitlərin də mühüm rolu olub

Müsahibimiz əlavə etdi ki, bu Zirvə görüşləri, sammitlər 2022-ci ildə Səmərqənddə, 2023-cü ildə isə Astanada keçirilib: “Lakin bir şeyi də unutmaq olmaz. Müasir türk birliyinin daha da güclənməsinə gedən yolda rəsmi sammitlərlə yanaşı, qeyri-rəsmi sammitlərin, Zirvə görüşlərinin də mühüm rolu olub. Bu baxımdan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının birinci qeyri-rəsmi Zirvə görüşü 2021-ci ilin martında Türküstan şəhərində, özü də onlayn formatda keçirildi. qeyri-rəsmi Zirvə 2023-cü ilin martında Ankarada, sonuncu qeyri-rəsmi Zirvə isə iyulun 6-da Şuşada keçirilib. Mən sonuncu Zirvənin üzərində xüsusi dayanmaq istərdim. Çünki Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra keçirilən bu Zirvə görüşü Qələbə Zirvəsi adlandırılmalıdır. Təsadüfi deyil ki, məhz həmin tədbirdə tarixdə ilk dəfə olaraq Qarabağ Bəyannaməsi adlı bəyannamə qəbul edildi”.

Müsahibimiz onu da vurğuladı ki, bütün bunları xatırlamaqla yanaşı, Naxçıvan Sazişinin əhəmiyyəti ilə bağlı daha geniş danışmaq vacibdir: “Məlumat üçün bildirim ki, 1992-2009-cu illər arasında keçirilən Zirvə görüşləri heç bir institusional struktur olmadığı üçün müəyyn fasilələrlə keçirilib. Naxçıvan Zirvəsi və orada imzalanan tarixi Saziş isə bütün bunlara son qoydu. Qeyd edim ki, 2009-cu il oktyabrın 2-3-də Naxçıvanda keçirilən Zirvə görüşündə Türkiyənin Bakıdakı səfiri kimi iştirak etmək şansım oldu. O günü, 2009-cu ilin 3 oktyabr tarixini heç zaman unutmayacağam. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bu tarixi zirvəyə ev sahibliyi etməyin həyacanını, xoşbəxtliyini yaşayırdı. Ayrıca həmin vaxt Qazaxıstan Prezidenti olan Nursultan Nazarbayevin cəylərini və töhfələrini heç vaxt unutmayacam. Həmin Zirvədə Türkiyəni Prezident Abdullah Gül təmsil edirdi”.

Qeyd edildi ki, Zirvədə Türk Şurasının yaranması və İstanbulda qurumun Baş Katibliyinin yaradılması qərara alındı. Bunun ardınca isə Baş Katiblik İstanbulda fəaliyyətə başlamışdır: “Türk Şurası sammitlərin müntəzəm keçirilməsini təmin edib və 2021-ci ilə qədər 12 il ərzində demək olar ki, hər il zirvə toplantıları keçirib. 2021-ci il noyabrın 14-də İstanbul Zirvə toplantısında liderlər Türk Şurasının beynəlxalq təşkilata çevrilməsi barədə qərar qəbul etdilər və bununla da Türk Şurası Türk Dövlətləri Təşkilatına çevrildi”.

Hər sammitdə liderlər irəliyə doğru addımlar atırlar

Diplomat bildirdi ki, Türk Dövlətləri Təşkilatının yaradılması beynəlxalq aləmdə böyük əks-səda doğurmuş, Türk Dünyasında böyük məmnunluq yaratmışdır: “Əsası soy, dil, tarix və mədəniyyət birliyinə əsaslanan Türk Dövlətləri Təşkilatına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tamhüquqlu üzv, Macarıstan, Türkmənistan və KKTC isə müşahidəçi üzv ölkələrdir. Gündən-günə inkişaf edən, güclənən, fəaliyyət sahələrini genişləndirən Türk Dövlətləri Təşkilatı indi dünyada layiq olduğu hörmətli yeri tutmuşdur. Hər sammitdə liderlər irəliyə doğru addımlar atırlar. TDT gələcək illərdə qlobal məsələlərin həlli mərkəzi olmağa namizəddir”.

Müsahibimzi sonda dünyadakı bəzi güclərin TDT-yə qarşı qısqanc yanaşamsına, yaxud TDT-ni qorxu mənbəyi kimi göstərməsinə də toxundu: “Mən fürsətdən istifadə edib bu mesajı dünyaya vermək istəyirəm. TDT üzv və müşahidəçi üzv ölkələri soy, dil, mədəniyyət və tarix birliyinə əsaslanaraq birləşdirir və heç bir ölkəyə qarşı deyil. TDT regionda və dünyada sülh, əmin-amanlıq və rifah yaratmağa çalışır və çalışacaq. Nə mutlu Türküm deyənə!”.

Cavid Şahverdiyev

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Müasir türk birliyinin kommunikasiya əsasları” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər