Sizin Reklam Burada

Jurnalistin qızı bağçada yıxılaraq öldü - Foto

Jurnalistin qızı bağçada yıxılaraq öldü - FotoAzTV-nin əməkdaşı Həmid Əsədzadənin azyaşlı övladı bağçada yıxılaraq dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, azyaşlının ölümü ilə bağlı məlumatı jurnalist Turan Etibaroğlu paylaşıb.

Məlumata görə, hadisə özəl bağçalardan birində baş verib.

Hadisə ilə bağlı TƏBİB-dən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”.

***

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.

Report xəbər verir ki, hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər