Toy karvanında 5 nəfərin öldüyü qəza: cinayət işi açıldı
Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi cinayət işi başlanılıb, müvafiq eskpertizalar təyin edilib.
Qeyd edək ki, hadisə ötən gün saat 14:30 radələrində Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayonunun Göytəpə şəhərinə Ağcabədi rayonundan gəlin gətirən toy karvanında iştirak edən VAZ-21124 markalı minik avtomobili dönmə əməliyyatında sürətini azalda bilməyərək Salyan rayon sakini, Bayram Mehtiyevin idarə etdiyi ağırtonnajlı MAN markalı yük avtomobilinə çırpılıb.
Nəticədə minik avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Allahşükür oğlu Hüseynov və üç sərnişin - 1990-cı il təvəllüdlü Aidə Yasər qızı Hüseynova, 1958-ci il təvəllüdlü Mehriban Hüseyn qızı Hüseynova və 1995-ci il təvəllüdlü Vasif Əkbər oğlu İsayev hadisə yerində ölüb. Avtomobildə olan daha bir şəxs- 1991-ci il təvəllüdlü Xoşbəxt Akif qızı Hüseynova ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.