Sizin Reklam Burada

Hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!

Hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz, ondan üç il sonra- 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, ən əsası sonda zəfər çalan yalanlar deyil, real faktlara, tarixi həqiqətlərə söykənən siyasətdir.

Ölkəmizin döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində üstünlük qazanmasında ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz mühüm rol oynadı.

Prezident İlham Əliyevin postkonflikt dövründə keçirdiyi hər görüşdə səsləndirdiyi fikir ondan ibarətdir ki, Azərbaycan dövləti və xalqı qarşı tərəfdən fərqli olaraq dağıdıcı, yıxıcı deyil, qurucu tərəfdir. Məhz, bu məntiqə də söykənərək biz gələcəyə baxırıq. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri, nitqində yer alan çağırışlar, mesajlar hər kəsdə daha möhtəşəm gələcəyə inam formalaşdırır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdən səslənən hər bir mesaj qalib Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirir. Eyni zamanda, bu mesajlar Azərbaycanın 30 ilə yaxın dövrdə apardığı təbliğatın təsdiqi, dünyaya ədalət, beynəlxalq hüququn norma və prinsiplərinə zamana və məkana görə deyil, vahid mexanizm əsasında yanaşmaya çağırışdır. Bu mesajlar işğalçı Ermənistanın illərdir yaratdığı «məğlubedilməzlik» mifinin dağılılması deməkdir.

44 gündə Azərbaycan Ordusu yazdığı tarixlə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalət, hüquq, milli qürur dərsi keçdi. Dövlət başçısı İlham Əliyevin 20 Sentyabr - Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirakı, universitetin müəllim və tələbə heyəti ilə görüşü özündə mühüm məqamları əks etdirir. Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetində keçirilən görüşdə xüsusi olaraq qeyd etdi ki, quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır: “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi”.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladıq. Müasir tariximizin yeni dövrü məhz, sentyabrın 20-dən başlayır. Dövlət başçısı İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə onu da vurğuladı ki, bu günü, Dövlət Suverenliyi Gününü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək. O da vurğulandı ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Cənab İlham Əliyev görüşdə Azərbaycan tarixindən geniş bəhs etdi və real faktlara, tarixi həqiqətlərə söykənərək mühüm məqamları Xankəndindən bütün dünya ictimaiyyətinə çatdırdı. Bir daha bəyan edilidi ki, Xankəndi bizim tarixi torpağımızdır. Bunu Azərbaycanda bilməyən yoxdur.

Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub, onun adı onu göstərir - Xanın kəndi. XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin faktiki olaraq sonrakı işğalı da şərtləndirdiyini xatırladan dövlətimizin başçısı qeyd etdi ki, çünki heç vaxt Qarabağ torpağında yaşamayan ermənilərin bu müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi surətdə buraya köçürülməsinə başlanıldı. Bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olublar.

Reallıq budur ki, Azərbaycan bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdi ki, inamla yaşamaq lazımdır. «İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Dövlət başçımız çıxışında bu çağırışı səsləndirdi ki, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər, onlar da bu yolla getməlidirlər. İlk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar.

K.Bayramov əlavə etdi ki, dövlətimizin başçısı gənclərin qarşısında bu vəzifəni qoydu ki, yaxşı oxuyun ki, hər zaman Azərbaycan Zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər