Şagird sinif yoldaşının atası tərəfindən döyüldü - Rəsmi AÇIQLAMA
Dərc olunub:
23-09-2024, 11:03
Beyləqan rayon 1-ci Şahsevən kənd Əli Rüstəmov adına tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib.
Modern.az-ın məlumatına görə, mübahisədən sonra şagirdlərdən birinin valideyni digər məktəbliyə xəsarət yetirib.
Mövzu ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan bildirilib ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbin IX A sinif şagirdi Həsənov Musa Zahid oglu sinif yoldaşı İbişzadə Yusif Ruslan oğlunun atası tərəfindən döyülüb:
“Şagird Musa Həsənovun anası məktəbin ibtidai sinif müəllimi Səidə Həsənova Daxili İşlər Nazirliyinin 102 "qaynar xətt"inə zəng edərək polisə şikayət edib. Hazırda Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır”.