Türkiyə səfirliyinin Dini işlər üzrə müşavirliyində jurnalistlərlə görüş keçirildi - FOTOLAR
Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə Türkiyənin Azərbaycandakı Səfirliyinin və Türkiyə Diyanət Vəqfinin təşəbbüsü ilə bir qrup jurnalist Səfirliyin Dini İşlər üzrə Müşavirliyində səhər yeməyinə dəvət olunub.
Avrasiya.net xəbər verir ki, səmimi ortamda keçən görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri Alptekin Cihangir İşbilir jurnalistləri salamlayaraq, bu görüşün əhəmiyyətini qeyd edib. Görülən işlər, yeni layihələrlə bağlı məlumat verib.
Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık xəbərçiliklə bağlı dəyərlərdən danışıb, jurnalistlər maraqlandıran sualları cavablandırıb.
Sonda xatirə şəkli çəkilib, Müşavirlik tərəfindən jurnalistlərə müqəddəs "Quran"ın azərbaycan dilinə tərcümə nüsxəsi hədiyyə edilib .