Sizin Reklam Burada

Məhkəmədən Xoşqədəmə qadağa...

Məhkəmədən Xoşqədəmə qadağa...ARB telekanalına və həmin kanalda Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Səni Axtarıram” verilişinə İmişlidə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevlə bağlı müzakirə aparılmasına qadağa qoyub.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi Rasimin atasının müraciəti əsasında belə qərar qəbul edib.

Ailənin nümayəndəsi kimi çıxış edən Samir Zeynalovun sözlərinə görə, ailə hesab edib ki, xüsusilə Xoşqədəm Hidayətqızı “Rasimin axtarışını” şou predimetinə çevirməklə izləyici reytinqi xatirinə hər gün ekran üzərindən minlərlə insanı aldadıb. Ən əsası verilişdə gedən müzakirələr Rasimin bu günə kimi müəyyən edilməməsinə təsir edib.

Ərizədə o da qeyd olunub ki, Xoşqədəm Hidayətqızı əvvəl Rasimi tapacağı haqda ailəyə vəd verib. Vədini yerinə yetirə bilməyəcəyini görən sözügedən şəxs mənim və ailə üzvlərimin düşdüyü acınacaqlı vəziyyəti nəzərə almayaraq Rasimin axtarışı ətrafında saxta ssenari hazırlayıb.

Yasamal Rayon Məhkəməsinin hakimi Ülkər Xəlil ailənin müraciətini əsaslı hesab edib.

Hakim belə qənaətə gəlib ki, məsələdə müvəqqəti təminat tədbirinin görülməsi qaçılmazdır.

Qərara əsasən ARB telekanalında, xüsusilə “Səni Axtarıram” verilişində Rasimin axtarışı ilə bağlı müzakirə aparmaq, həmçinin fotolarını yayımlamaq qadağan edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər